FHN avtomobil sexindəki yanğınla bağlı məlumat yayıb

Hadisə

03.02.2022 - 04:47

Həkimlər Klinikalar SEO Xidməti

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində ümumi sahəsi 750 kvadratmetr olan təkər təmiri sexinin yanar konstruksiyaları 500 kvadratmetr sahədə, içərisində olan avtomobil şinləri və ərazidə dayanmış “Mercedes” markalı yük avtomobilinin yanar hissələri qismən yanıb.

Fövqəladə Hallar Nazirliyinindən (FHN) AYNA-ya bildirilib ki, sexin qalan hissəsi və bitişik olan müxtəlif təyinatlı digər obyektlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş