Evdən çıxmaq icazəsi alanların şəxsi avtomobillərindən istifadə qaydası müəyyənləşdi

Xəbərlər

03.04.2020 - 13:29

Həkimlər Klinikalar SEO Xidməti

Qeydiyyatdan keçən nəqliyyat vasitəsində icazəsi olmayan vətəndaşların daşınması yolverilməzdir

 

Yaşayış yerini tərk etmək üçün icazə alan vətəndaşların hansı halda şəxsi avtomobillərindən istifadə etməsi müəyyənləşib.

 

AYNA xəbər verir ki, bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov məlumat verib.

 

Onun sözlərinə görə, dövlət orqanları, şirkətlər Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sisteminə əməkdaşlarının adını daxil etməklə yanaşı, nəqliyyat vasitələrinin də adını daxil edə bilərlər.

 

“Təbii ki, nəqliyyat vasitəsinin qeydiyyatı lazımdır. Amma əsas məsələ həmin nəqliyyat vasitəsinin içərisində olan şəxsin də icazəsinin olmasıdır. İcazə alan vətəndaş öz nəqliyyat vasitəsindən istifadə edə bilər. Amma qeydiyyatdan keçən nəqliyyat vasitəsində icazəsi olmayan vətəndaşların daşınması yolverilməzdir. Burada əsas hədəf nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması deyil, vətəndaşlar arasında təmasın minimuma endirilməsidir”, - deyə C.Salmanov bildirib.

 

Ceyhun Salmanov onu da bildirib ki, vətəndaşlar icazə üçün müəyyən olunmuş müddət ərzində Bakı şəhərinin istənilən ərazisində hərəkət etməklə öz işlərini görə bilərlər: "Burada söhbət ondan getmir ki, Yasamal rayonunda yaşayan vətəndaş mütləq həmin rayondakı aptekdən dərman almalıdır, digər yerlərdəki apteklərə də gedə bilərlər. Lakin müəyyən olunmuş müddətdə öz yaşadığı yerinə qayıtmalıdır”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş