TƏBİB-in rəhbəri: “Bölgələr üzrə aparacağımız epidemioloji təhlillərə əsalanaraq qərar verəcəyik”
“Koronavirusun qeydə alınmadığı ərazilər var və biz həmin əraziləri “sarı zona” qəbul edirik. Əsas hədəflərimiz də pozitiv halları aşkar edərək “sarı zona”nın “narıncı zona”ya doğru dəyişməsinin baş verməməsini təmin etməkdir”.
AYNA xəbər verir ki, bunu Operativ Qərargahın birifinqində TƏBİB-in İdarə Heyətinin sədri Ramil Bayramlı deyib. Onun sözlərinə görə, əgər ətraf rayonlarda risk aradan qalxarsa və aşkar olunmayan rayonun qonşu rayonlarında da problem aşkar olunmazsa, həmin sahəni artıq “yaşıl zona” elan etmək olar: “Ondan sonra həmin zonada prosesin sıfırlandığını açıq qeyd edə bilərik. Bəs, hansı müddət ərzində problem aşkar etməsək, “yaşl zona”ya çevirməliyik - bu da yenə bir rayondan asılı deyil. Xəstəliyin ən azı iki inkubasiya müddətinin keçdiyini görsək, o sahəni “yaşıl zona”ya çevirmək və bütün məhdudiyyətləri aradan qaldrmaq barədə düşünə bilərik. Bu, yenə də bölgələr üzrə aparacağımız epidemioloji statsiktik təhlillərə əsalanacaq”.