Baltikyanı ölkənin hökuməti bu qərarı cari il üçün büdcə düzəlişlərinin bir hissəsi olaraq qəbul edib
Estoniya Rusiya ilə sərhədini möhkəmləndirmək üçün əlavə 17 milyon avro ayıracaq. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, Baltikyanı ölkənin hökuməti bu qərarı cari il üçün büdcə düzəlişlərinin bir hissəsi olaraq qəbul edib.
Məlumatda deyilir: "Şərq sərhədinin möhkəmləndirilməsi tədbirləri çərçivəsində əvvəllər qəbul edilmiş müqavilə öhdəliklərini ödəmək üçün 17 milyon avro ayrılır".
Daxili işlər naziri İqor Taron qeyd edib ki, bu, ümumavropa kontekstində vacib xəbərdir, çünki bu, həm də Aİ-nin xarici sərhədinə aiddir. O bildirib ki, hökumətin qərarı Estoniyanın planlaşdırılan işləri davam etdirə və 2027-ci ilə qədər "Avropanın ən yaxşı və ən təhlükəsiz xarici sərhədi"nin tikintisini başa çatdıra biləcəyinə inam yaradır.