Mərasim gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatıb
25 yanvar 2020-ci il tarixdə Dövlət Sərhəd Xidmətinin (DSX) Göytəpə şəhərində yerləşən hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib. Qurumun mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, tədbirdə DSX-nın şəxsi heyətinin ölkəmizin ərazi bütövlüyününün bərpası, işğal altında olan torpaqlarımızda Azərbaycanın suveren hüquqlarının təmin edilməsi və həmin ərazilərdə dövlət sərhədlərinin mühafizəsinin Azərbaycanın dövlət bayrağı altında təşkil ediləcəyinə əminlik ifadə edilib.
Çıxış edən valideynlər yaradılmış şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib, övladlarını təbrik edərək Vətən sərhədlərinin keşiyində ayıq-sayıq dayanmağı tövsiyə ediblər. Mərasim gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatıb.