Ermənistanın təxribatı nəticəsində yaralanan hərbçimiz şəhid olub

Xəbərlər

18.09.2022 - 00:51

cedabet dərman SEO Xidməti

Müdafiə Nazirliyi şəhidin yaxınlarına başsağlığı verib

Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alarkən ağır yaralanan Azərbaycan Ordusunun hərbi qulluqçusu gizir Qurbanov Yusif Asif oğlu sentyabrın 17-də Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında vəfat edib.

Bu barədə AYNA-ya Müdafiə Nazirliyindən bildirilib.

"Qeyd edək ki, həkimlərimizin səyinə baxmayaraq, Y.Qurbanovun həyatını xilas etmək mümkün olmayıb.

Şəhid olan hərbi qulluqçumuzun yaxınlarına dərin hüznlə başsağlığı veririk.

Allah şəhidlərimizə rəhmət eləsin", - nazirlikdən bildirilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş