Ermənistanın raket atəşi nəticəsində 16 yaşlı mülki vətəndaş həlak olub

Xəbərlər

24.10.2020 - 11:42

Prezidentin köməkçisi: "Ermənistanın mülki vətəndaşlara xüsusilə uşaqlara qarşı müharibəsi davam edir"

 

Ermənistanın Tərtər şəhərinə raket hücumu nəticəsində 16 yaşlı Orxan İsmayılzadə həlak olub.

 

AYNA xəbər verir ki, bu barədə  Prezidentin köməkçisi Hikmət Hacıyev "Twitter" hesabında məlumat verib.

 

"Ermənistanın mülki vətəndaşlara xüsusilə uşaqlara qarşı müharibəsi davam edir. Azərbaycanın Tərtər şəhərinə laqeydcəsinə edilən Smerç raket hücumu nəticəsində 16 yaşlı yeniyetmə İsmayılzadə Orxan öz evlərinin bağçasında öldürüldü. Orxan hazırda mövsumi olan xurma yığırdı",-deyə Hikmət Hacıyev qeyd edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş