Ermənistanın Gümrüdəki Rusiya bazasından imtina etmək planı yoxdur

Dünya

26.02.2026 - 17:43

Nikol Paşinyan: "Biz Rusiya ilə əməkdaşlığı inkişaf etdirməkdə qərarlıyıq və bunu istəyirik

“Ermənistanın öz ərazisindəki Rusiyanın 102-ci hərbi bazasından imtina etmək planı yoxdur”. AYNA.AZ “İnterfaks2a istinadən xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan Polşaya rəsmi səfəri zamanı deyib.

Baş nazir xatırladıb ki, Ermənistan və Rusiya sıx iqtisadi və siyasi əlaqələrə malik tərəfdaşlardır. O qeyd edib ki, Ermənistan KTMT-dəki üzvlüyünü dondurub, lakin İrəvanla Moskva arasındakı münasibətlər transformasiya mərhələsindədir.

"Biz Rusiya ilə əməkdaşlığı inkişaf etdirməkdə qərarlıyıq və bunu istəyirik. Amma fakt budur ki, bu münasibətlər bir sıra amillərə görə dəyişir", - Paşinyan deyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş