“Ermənistanın 2030-cu ilə qədər Avropa İttifaqına qoşulması ehtimalı azdır”

Dünya

02.06.2026 - 13:50

Fernan Kartheiser: “Aİ hazırda Qərbi Balkan namizəd ölkələrinə, eləcə də Ukrayna və Moldovanın üzvlük perspektivlərinə diqqət yetirir”

“Ermənistanın 2030-cu ilə qədər Avropa İttifaqına qoşulması ehtimalı azdır”. AYNA.AZ xəbər verir ki, bu sözləri Avropa Parlamentinin Lüksemburqdan olan üzvü Fernan Kartheiser "İzvestiya"ya deyib.

"Ermənistan Aİ daxilində böyük rəğbət qazansa da və rəsmi münasibətlər dərinləşməyə davam etsə də, üzvlük məsələsi əsasən nəzəri olaraq qalır. Ermənistanın coğrafi mövqeyi və qonşularından ən azı biri ilə mürəkkəb münasibətləri nəzərə alınmaqla, belə bir namizədlik bir çox sual doğurur", - deyə o bildirib.

Əlavə edib ki, Aİ hazırda Qərbi Balkan namizəd ölkələrinə, eləcə də Ukrayna və Moldovanın üzvlük perspektivlərinə diqqət yetirir.

Lakin o hesab edir ki, bu mərhələdə Aİ ilə Ermənistan arasında əməkdaşlığın daha da genişləndirilməsi daha real seçimdir: “Buraya ölkənin iqtisadi inkişafını dəstəkləmək, əhalinin həyat səviyyəsini yaxşılaşdırmaq və mədəni əlaqələri gücləndirmək daxildir”.

Kartheiser əlavə edib ki, Ermənistan xüsusən də İranla uzunmüddətli münasibətlərinə görə, xarici siyasət tərəfdaşı kimi Avropa İttifaqı üçün də maraqlı ola bilər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş