Ermənistan diplomatik pasportu olan şəxslər üçün quru sərhədini açmağı istəyir
Ermənistan Türkiyə ilə münasibətlərin normallaşması prosesində yeni təklif irəli sürüb. AYNA erməni mediasına istinadən bildirir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
“Ermənistan Türkiyəyə diplomatik pasportu olan şəxslər üçün quru sərhədini açmağı təklif edib. Lakin Türkiyə tərəfi hələ də bunu ləngidir”, - deyə XİN-in açıqlamasında qeyd edilib.
XİN-in mətbuat katibi Vahan Unanyan Ermənistan və Türkiyə xüsusi nümayəndələrinin növbəti görüşünün Vyanada olacağını deyib.