Stepantsminda-Lars avtomobil yolu bütün növ nəqliyyat vasitələri üçün bağlanıb
Ermənistanda yağan güclü qar yollarda problemlər yaradıb. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, Ermənistan Daxili İşlər Nazirliyinin (DİN) Xilasetmə Xidmətinin məlumatına görə, Vardenyats aşırımı qar səbəbindən qoşqulu yük maşınları üçün bağlanıb.
Ttujur-Navur avtomobil yolu bütün növ nəqliyyat vasitələri üçün keçilməz vəziyyətdədir.
Araqatsotn bölgəsində Amberd yüksək dağ meteoroloji stansiyasından Amberd qalasına və Kari gölünə qədər yollar bağlanıb.
Aparan, Araqats, Çambarak, Martuni, Qavar, Abovyan, Hrazdan, Nairi, Sisian, Aşotsk və Amasiya yollarında buzlu sahələr əmələ gəlib. Stepantsminda-Lars avtomobil yolu bütün növ nəqliyyat vasitələri üçün bağlanıb.