Düşmən mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib
Avqustun 27-si saat 09:45 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə cəbhənin Füzuli rayonu istiqamətindəki mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib.
AYNA-nın xəbərinə görə, bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, düşmənin növbəti PUA-sı Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən dərhal aşkar olunaraq məhv edilib.