Ermənistan və Litva strateji tərəfdaşlıq sazişi imzalayıblar

Dünya

19.05.2026 - 23:04

“Qarşılıqlı əlaqəmizin səviyyəsini yüksəldən bir sənəd imzalaya bildik”

Ermənistan və Litva strateji tərəfdaşlıq müqaviləsi imzalayıblar. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bu açıqlamanı Litvalı həmkarı Kestutis Budrys ilə İrəvanda birgə mətbuat konfransı zamanı verib.

Mirzoyan qeyd edib ki, Budrys səfəri diplomatik münasibətlərin qurulmasının 35-ci ildönümünə təsadüf edib.

O bildirib ki, "məhz bu dövrdə, əvvəlki əməkdaşlıq təcrübəmizə əsaslanaraq, qarşılıqlı əlaqəmizin səviyyəsini yüksəldən bir sənəd imzalaya bildik. Ermənistan və Litva bu andan etibarən strateji tərəfdaşlardır".

Danışıqlar zamanı tərəflər informasiya texnologiyaları, süni intellekt və kibertəhlükəsizlik də daxil olmaqla, iqtisadi əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş