Ermənistan rusiyalı jurnalistin akkreditasiyasını ləğv edib

Xəbərlər

08.10.2020 - 16:52

Səbəb jurnalistin Şuşa və Laçından hazırladığı reportajda həqiqətləri yazmasıdır

 

Ermənistan XİN rusiyalı jurnalist İlya Azarın akkreditasiyasını ləğv edib. AYNA xəbər verir ki, bu barədə İlya Azar özünün “Facebook” səhifəsində məlumat verib.

 

Onun sözlərinə görə, buna Şuşa və Laçından hazırladığı və “Novaya qazeta”da yayımlanan “Cənub qapısında müharibə” adlı reportajı səbəb olub.

 

İ. Azar qeyd edib ki, reportaj “ermənilərin vətənpərvərlik hisslərinə toxunub və azərbaycanlıların xoşuna gəlib”.

 

2011-ci ildən Azərbaycanda “arzuolunmaz şəxs” elan olunduğunu xatırladan jurnalist Ermənistanda akkreditasiyasının ləğvini söz azadlığına maneə kimi qiymətləndirib.

Müəllif: Ayna.az