Ermənistan rəsmisi: “Türkiyə ilə ticarət əlaqəmizin olması normaldır”

Dünya

01.11.2022 - 16:58

Həkimlər Klinikalar SEO Xidməti

Rüstəm Badasyan: “Mən türk mallarının idxalına qadağa qoymağa ehtiyac görmürəm”

“Türkiyədən malların idxalına qadağa qoyulması planı yoxdur”. AYNA erməni mediasına istinadən bildirir ki, bu sözləri Ermənistanın Dövlət Gəlirləri Komitəsinin sədri Rüstəm Badasyan deyib.

Badasyan qeyd edib ki, şəxsən o, belə bir təşəbbüsə ehtiyac görmür.

Komitə sədri “Türkiyə iqtisadiyyatının Ermənistan iqtisadiyyatını mənimsəyə biləcəyini düşünürsünüzmü?” sualına isə “Xeyr, düşünmürəm” deyə cavab verib.

Badasyan Türkiyə ilə ticarətin normal olub-olmaması ilə bağlı suala isə belə cavab verib: “Bəli, ticarət əlaqəmizin olması normaldır”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş