Ermənistan Parlamenti Aİ-yə üzvlük haqqında qanun layihəsinə baxacaq

Dünya

24.01.2025 - 16:31

Həkimlər Klinikalar SEO Xidməti

“Qanun növbəti dördgünlük sessiyanın plenar iclaslarının gündəliyinə daxil ediləcək”

Ermənistan Parlamenti fevralın birinci yarısında Avropa İttifaqına (Aİ) daxil olmaq haqqında qanun layihəsinə baxmağa hazırdır. AYNA xəbər verir ki, bu barədə “İzvestiya”ya Ermənistan Parlamentinin mətbuat katibi Movses Arutyunyan deyib.

“Proses prosedura uyğun davam edir və çox güman ki, qanun növbəti dördgünlük (11-14 fevral) sessiyanın plenar iclaslarının gündəliyinə daxil ediləcək”, - qeyd edib.

Xatırladaq ki, Ermənistan hökuməti müvafiq sənədi yanvarın 9-da təsdiqləyib.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş