“Sınaqların uğurla başa çatması Ermənistanın daha 84 ATAGS silahı almasına səbəb olub”
Ermənistan ordusu 2023-cü ildə Hindistan tərəfindən tədarük edilən Qabaqcıl Ehtiyat Yedəkli Artilleriya Silah Sisteminin (ATAGS) 6 bölməsinin sınaqlarını başa çatdırıb. AYNA xəbər verir ki, bu barədə Hindistanın “Indian Defense Research Wing” nəşri məlumat yayıb.
Qeyd olunub ki, “bu sınaqların uğurla başa çatması Ermənistanın Hindistanın “Kalyanı Groups” istehsalçısından daha 84 ATAGS silahı almasına səbəb olub”.
Məqalədə deyilir: “Bu qabaqcıl silahlar ölkənin sərhədlərinin qorunmasında və milli təhlükəsizliyinin təmin edilməsində qiymətli vasitə olacaq”.