Ermənistan ərazisindən rayonlarımız atəşə tutulub

Xəbərlər

02.11.2020 - 10:59

cedabet dərman SEO Xidməti

Düşmən qüvvələri Qazax, Tovuz və Daşkəsəndəki mövqelərimizi atəşə məruz qoyub

 

Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən bölmələrimizin mövqelərini minaatan və atıcı silahlardan atəşə tutub. AYNA xəbər verir ki, bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, noyabrın 2-ə keçən gecə müxtəlif vaxtlarda Ermənistanın Noyemberyan, Berd və Vardenis rayonlarından Azərbaycanın Qazax, Tovuz və Daşkəsən rayonlarında yerləşən hərbi bölmələrimizin mövqeləri düşmən tərəfindən atəşə tutulub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş