Ermənistan müdafiə qabiliyyətini təmin etmək üçün gələn il 664,7 milyard dram xərcləyəcək
Ermənistan müdafiə xərclərini artırır. AYNA erməni mediasına istinadən bildirir ki, bu, Ermənistan Parlamentinin bu gün keçirilən iclasında müzakirə olunan 2025-ci ilin büdcə layihəsində əksini tapıb.
Baş nazir Nikol Paşinyanın da iştirak etdiyi iclasda maliyyə naziri Vahe Ovannisyan bildirib ki, Ermənistan müdafiə qabiliyyətini təmin etmək üçün gələn il 664,7 milyard dram xərcləyəcək.
“Əsaslı xərclərin 55,8 faizi müdafiə sektoruna yönəldiləcək. Bu hissə üzrə xərclər 664,7 milyard dram təşkil edəcək ki, bu da 2024-cü illə müqayisədə 20% çoxdur", - deyə nazir qeyd edib.