İclasın bu ayın sonunda keçirilməsi nəzərdə tutulub
Yanvarın sonunda Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın növbəti iclası olacaq.
AYNA xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ermənistanın İctimai Televiziyasına müsahibəsində deyib.
Xatırladaq ki, iki ölkənin baş nazir müavinlərinin iştirakı ilə görüş 2023-cü ilin noyabrın 30-da baş tutub.