"Ermənistan Avropa İttifaqına qoşulmaqla ÜDM-nin 23 faizini itirəcək"

Dünya

22.04.2026 - 18:36

Rusiya Təhlükəsizlik Şurası: “Daxili istehlak hazırkı səviyyədən 20%-dən çox azalacaq”

Ən mühafizəkar hesablamalara görə, Ermənistan Avropa İttifaqına (Aİ) qoşularsa, ÜDM-nin təxminən 23 faizini itirəcək. AYNA.AZ rus mediasına istinadən bildirir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının məlumatında qeyd edilib.

"Ümumilikdə, ən mühafizəkar hesablamalara görə, Aİ-yə qoşulmaq Ermənistana ÜDM-in təxminən 23%-nə başa gələcək. Əmək bazarının kütləvi şəkildə daralması (10,5 faiz bəndi) və inflyasiyanın 22,6 faiz bəndi artması isə həyat səviyyəsinin əhəmiyyətli dərəcədə aşağı düşməsinə səbəb olacaq. Daxili istehlak hazırkı səviyyədən 20%-dən çox azalacaq. Təbii qaz da daxil olmaqla enerji qiymətlərində daha da artım gözlənilir", - deyə məlumatda vurğulanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş