Xocavənddə erməni əsilli şəxs hərbçimizə hücum edib - RƏSMİ

Hadisə

03.12.2021 - 15:17

Həkimlər Klinikalar SEO Xidməti

Hadisə barədə Rusiya sülhməramlı kontingentinin komandanlığına məlumat verilib

Xocavənd rayonu ərazisində Azərbaycan Ordusunun mövqelərindən birində döyüş növbətçiliyi aparan hərbi qulluqçumuz dekabrın 3-ü saat 13:00 radələrində erməni əsilli şəxs tərəfindən hücuma məruz qalıb. Bu barədə AYNA-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, həmin şəxs silahı ələ keçirməyə cəhd göstərib: "Hərbi qulluqçumuz havaya atəş açdıqdan sonra özünü müdafiə etmək məqsədilə ona hücum edən təxribatçını zərərsizləşdirib".

"Hadisə barədə Rusiya sülhməramlı kontingentinin komandanlığına və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə məlumat verilib. Faktla bağlı araşdırma aparılır", - deyə nazirliyin açıqlamasında vurğulanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş