Erməni KİV: Mirzoyan Bakıda COP-29-da iştirak etmək niyyətindədir

Aktual

30.10.2024 - 14:29

Həkimlər Klinikalar SEO Xidməti

“Mirzoyan bəyan edib ki, səfər Azərbaycan tərəfindən “əsirlərin geri qaytarılması şərti ilə” mümkündür”

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Bakıda keçiriləcək COP-29 iqlim konfransında iştirak etmək niyyətindədir. AYNA xəbər verir ki, bu barədə “Hraparak” qəzeti Ermənistan hökumətindəki mənbələrə istinadən yazıb.

“Ötən cümə günü “Mülki Müqavilə” fraksiyasının üzvləri ilə qapalı görüşdə Mirzoyan bəyan edib ki, səfər Azərbaycan tərəfindən “əsirlərin geri qaytarılması şərti ilə” mümkündür”, - deyə nəşr qeyd edib.

Bildirilib ki, söhbət Qarabağda ləğv edilən qondarma qurumun Bakıda həbsdə olan “hərbi-siyasi rəhbərliyindən” yox, əsir götürülən sadə ermənilərdən gedir.

“Hraparak”ın iddiasına görə, XİN rəhbəri hesab edir ki, “onlar geri qaytarılmasa belə, gedib bu platformada əsirlərin qaytarılması məsələsini qaldırmaq lazımdır”.

Müəllif: Ayna.az