“Erməni hərbçinin həlak olması məlumatı yalandır” - MN

Xəbərlər

07.03.2022 - 16:49

Müdafiə Nazirliyi məlumat yayıb

"Azərbaycan Ordusunun bölmələri tərəfindən guya atəşin açılması nəticəsində Ermənistan Silahlı Qüvvələrinin bir hərbi qulluqçusunun həlak olması və digərinin yaralanması barədə yayılan məlumat yalandır".

Bu barədə AYNA-ya Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.

"Ermənistan tərəfinin bu kimi dezinformasiyaları yaymaqda məqsədi ordusunda mövcud olan intizamsızlığı və onun nəticələrini ört-basdır etməkdir. Ordumuzun bölmələri bölgədə sabitliyin təmin edilməsi və mümkün təxribatların qarşısının alınması istiqamətində səylərini davam etdirir", - məlumatda vurğulanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş