Mirzoyan səfirlərə Zəngəzur dəhlizi layihəsinin təfərrüatları barədə səfirlərə məlumat verəcək
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan avqustun 25-dən 27-dək Sünik (Zəngəzur) vilayətində Ermənistanın xarici ölkələrdə akkreditə olunmuş səfirləri ilə illik görüş keçirəcək.
AYNA.AZ erməni mediasına istinadən bildirir ki, nazir avqustun 8-də Vaşinqtonda ABŞ, Azərbaycan və Ermənistan liderləri arasında razılaşdırılan Zəngəzur dəhlizi layihəsinin (“Tramp marşrutu”) təfərrüatları barədə səfirlərə məlumat verəcək.
Qeyd olunub ki, bu günlərdə xarici ölkələrin Ermənistanda akkreditə olunmuş səfirləri də Zəngəzurda olacaqlar və onlar üçün “tanışlıq” səfəri də nəzərdə tutulub.