“Hər hansı resursa ehtiyacımız varsa, daha ucuz, keyfiyyətli resursu kimin təmin etdiyini düşünməliyik”
“Ermənistan tədarükün diversifikasiyası çərçivəsində Azərbaycandan qaz ala bilər”. AYNA erməni mediasına istinadən bildirir ki, bu sözləri Ermənistan Parlamentinin hakim “Mülki müqavilə” fraksiyasından olan deputatı, İqtisadi məsələlər üzrə daimi komissiyanın sədr müavini Babken Tunyan deyib.
“Belə bir vəziyyət yaranarsa, biz Azərbaycanla ticarət əlaqələri qura biləcəyik. Hər hansı resursa ehtiyacımız varsa, daha ucuz, keyfiyyətli resursu kimin təmin etdiyini düşünməliyik. Əgər bu resurs Azərbaycan tərəfindən təmin edilərsə, o zaman bu məsələ müzakirə oluna bilər. Bununla yanaşı, təbii ki, şaxələndirmə prinsipini və alternativ mənbələri qorumaq lazımdır”, - deputat qeyd edib.
Tunyan xatırladıb ki, Ermənistan qazı əsasən Rusiyadan, eləcə də İrandan alır və üçüncü mənbədən qazın alınması yalnız “ölkənin enerji müstəqilliyinin və təhlükəsizliyinin səviyyəsini artıracaq”.
Qeyd edək ki, daha əvvəl II Ümumaməni Sammiti zamanı ölkənin Baş nazir Nikol Paşinyan Ermənistanın Azərbaycandan qaz idxal edə biləcəyini istisna etməyib.