Əri tərəfindən döyülən qadın xəstəxanada öldü

Hadisə

29.12.2019 - 04:36

Həkimlər Klinikalar SEO Xidməti

Bakıda ər həyat yoldaşını döyərək kolluğa atıb 

 

Bakıda həyat yoldaşı tərəfindən döyülən qadın xəstəxanada dünyasını dəyişib.

 

AYNA-nın “Report”a istinadən məlumatına görə, hadisə üç gün bundan öncə, 26 dekabr tarixində paytaxtın Sabunçu rayonunun Zabrat qəsəbəsində baş verib.

 

Belə ki, 24 yaşlı Nuranə Əliyevanı döyən həyat yoldaşı onu ağır vəziyyətdə heç kimin görməməsi üçün yol kənarındakı kolluğun içərisinə atıb.

 

Lakin, bir müddət sonra geri dönərək Ə. Nuranəni 3 saylı Şəhər Klinik Xəstəxanasının həyətinə gətirib və tibb işçilərinə təhvil vermədən hadisə yerindən uzaqlaşıb.

 

Növbədə olan tibb işçiləri qadını dərhal xəstəxanaya gətirib, müvafiq tibbi yardım göstəriblər.

 

Palataya köçürülən qadına qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

 

Lakin, həkimlərin səyinə baxmayaraq Ə. Nuranə bu gün müalicə aldığı xəstəxanada dünyasını dəyişib. 

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş