Ərdoğandan yeni Qarabağ açıqlaması: “Bu alçaq oyun pozulur”

Siyasət

01.10.2020 - 16:35

Türkiyə Prezidenti: “Ermənistan işğal etdiyi ərazilərdən çıxarılmalıdır”

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisinin (TBMM) payız sessiyasının açılış iclasında Azərbaycana dəstək çıxışı edib. AYNA-nın xəbərinə görə, Türkiyə lideri bir daha Azərbaycanın yanında olduğunu vurğulayıb.

 

“Bunu burada bir daha bildirmək istərdim. Türkiyə bu günə qədər olduğu kimi, bundan sonra da Azərbaycanın yanında olacaq. Birmənalı olaraq bildirirəm, Ermənistan işğal etdiyi ərazilərdən çıxarılmalıdır”, - deyə Ərdoğan vurğulayıb.

 

Türkiyə Prezidenti qeyd edib ki, işğalçıların əməllərinə cavab verməyənlərin sözlərinin qiyməti yoxdur: “Bu alçaq oyun pozulur. Qalıcı sülhün yolu Ermənistanın işğal etdiyi hər qarış Azərbaycan torpaqlarından geri çəkilməsindən keçir”.

Müəllif: Ayna.az