Ərdoğan AK Partinin yaranmasının 23-cü ildönümü ilə bağlı keçirilən tədbirdə çıxışı edib
Türkiyə beynəlxalq siyasətdə güc sahibidir. AYNA xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) yaranmasının 23-cü ildönümü ilə bağlı keçirilən tədbirdə çıxışı zamanı deyib.
O bildirib ki, Türkiyə heç vaxt dayanmayıb, mövcud olanla kifayətlənməyib.
Ərdoğan söyləyib ki, AK Parti hakimiyyəti dövründə Türkiyə müxtəlif sahələrdə, o cümlədən iqtisadiyyatda, təhsildə, müdafiə sənayesi sahəsində ilklər yaşayıb: "Bu gün Türkiyə regionun parlayan ulduzudur".