Əl Tani Türkiyə-Qətər Ali Strateji Komitəsinin 10-cu iclasında iştirak etmək üçün Ankaraya gəlib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətər əmiri Təmim bin Həməd Al Tanini Ankarada Ağ Sarayda qəbul edib. AYNA xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilib ki, Əl Tani Türkiyə-Qətər Ali Strateji Komitəsinin 10-cu iclasında iştirak etmək üçün Ankaraya gəlib.
“Biz Qətər əmirini, əziz qardaşım Təmim bin Həmədi və onun nümayəndə heyətini Prezident sarayında qəbul etdik və çox məhsuldar danışıqlardan sonra səkkiz saziş imzaladıq. Biz dost və qardaş Qətərlə sıx əməkdaşlığımızı gücləndirməyə davam edəcəyik”, – Ərdoğan “X” sosial şəbəkə hesabında yazıb.
Qeyd olunur ki, görüşdən sonra tərəflər müxtəlif sahələrdə, o cümlədən humanitar yardım, rabitə və media, idman, avtomobil sərnişin və yük daşımaları sahəsində, texniki əməkdaşlığa dair ikitərəfli əməkdaşlığa dair səkkiz saziş imzalayıblar.