Çavuşoğlu: “Səfərin təşkili imkanları araşdırılır”
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynadakı münaqişəni həll etmək üçün bir sıra ölkələrin liderləri, o cümlədən Braziliya prezidenti Jair Bolsonaru ilə birlikdə Moskvaya səfər etməyə hazırdır”. AYNA Türkiyə mediasına istinadən bildirir ki, bu sözləri ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
“Səfərin təşkili imkanları araşdırılır. Türkiyə dövlət başçısı Ukraynadakı vəziyyəti həll etmək və Putinlə Zelenski arasında görüş təşkil etmək üçün səylərini davam etdirir”, - deyə XİN başçısı vurğulayıb.