Ankaranın ABŞ-İran atəşkəsinin uzadılması ilə bağlı təşəbbüsləri var
Türkiyə ABŞ ilə İran arasında atəşkəsin uzadılması üçün təkliflər və təşəbbüslər irəli sürür. AYNA.AZ türkiyə mediasına istinadən bildirir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) parlament fraksiyasının iclasında deyib.
Onun sözlərinə görə, ABŞ və İran arasında Pakistanın köməyi ilə aparılan danışıqlar gözlənilən nəticəni verməyib və Hörmüz boğazında gərginlik daha da artıb.
Xatırladaq ki, ABŞ və İsrail 28 fevralda İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir neçə şəhərə hava hücumları təşkil ediblər. Elə həmin gün İranın Ali Rəhbəri Əli Xameneyi hücumlarda öldürülüb. Buna cavab olaraq İran İsrail ərazisinə raket zərbələri endirib və Fars körfəzindəki ABŞ hərbi bazalarına hücum edib.
İran ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-i gecəsi iki həftəlik atəşkəs barədə razılığa gəliblər.
11-12 aprel tarixlərində Pakistanın vasitəçiliyi ilə İslamabadda İran və ABŞ arasında danışıqlar aparılıb. Amma danışıqlarda müsbət nəticə əldə edilməyib.
Daha sonra ABŞ Prezidenti Donald Tramp ABŞ-ın 13 aprel tarixində Hörmüz boğazındakı İran limanlarını bloklamağa başladığını aelan edib.