Əraqçi Türkiyəyə raket atışını təkzib edib

Dünya

31.03.2026 - 21:20

“Tehran Türkiyəyə qarşı raket atışlarını Ankara ilə birlikdə araşdırmağa hazırdır”

İran xarici işlər naziri Abbas Əraqçi türkiyəli həmkarı Hakan Fidanla telefon danışığında İranın Türkiyəyə qarşı raket atışları iddialarını təkzib edib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, İran Xarici İşlər Nazirliyinin (XİN) yaydığı açıqlamaya görə, Əraqçi "bəzi mənbələrin İrandan Türkiyəyə qarşı raket atışları ilə bağlı məlumatlarını tamamilə əsassız adlandırıb və bölgədə sülh və dostluq düşmənləri tərəfindən yalançı əməliyyatların təkrarlanmasına qarşı xəbərdarlıq edib".

“Tehran İranın Türkiyəyə qarşı raket atışları iddialarını Ankara ilə birlikdə araşdırmağa hazırdır”, - deyə qeyd edib.

Qeyd edək ki, 30 martda Türkiyə Müdafiə Nazirliyi NATO qüvvələrinin Türkiyə hava məkanına daxil olan və İrandan atıldığı iddia edilən ballistik raketi zərərsizləşdirdiyini bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş