Rusiya Xarici İşlər Nazirliyi məlumatı təsdiqləyib
İran xəbər agentliyi ISNA-nın məlumatına görə, İranın xarici işlər naziri Abbas Əraqçi Rusiya Prezidenti Vladimir Putinlə görüşmək üçün Moskvaya gedir. AYNA.AZ xəbər verir ki, məlumat Kreml və Rusiya Xarici İşlər Nazirliyi (XİN) tərəfindən təsdiqlənib.
ISNA-nın məlumatına görə, Əraqçi bu gün Putinlə görüşəcək. Moskvaya səfəri zamanı İran XİN başçısı Rusiya rəsmiləri ilə ABŞ-la danışıqların vəziyyəti, Yaxın Şərqdə atəşkəs və mövcud beynəlxalq inkişaflar barədə məsləhətləşmələr aparacaq.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov İran nazirinin səfərini “İnterfaks” agentliyinə təsdiqləyib. Rusiya XİN isə məlumatı “RİA Novosti”yə təsdiqləyib.