“Danışıqların hansı istiqamətdə və şərtlərdə davam etdirilə biləcəyini müzakirə etdik"
“İran və Pakistan arasında ötən həftə İslamabadda keçirilən danışıqlar uğurlu keçib və digər məsələlərlə yanaşı, gələcək əməkdaşlıq müzakirə olunub”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri İranın xarici işlər naziri Abbas Əraqçi deyib.
"Pakistandakı dostlarımızla yaxşı məsləhətləşmələr apardıq. Səfər uğurlu keçdi. Əvvəlki görüşləri nəzərdən keçirdik və danışıqların hansı istiqamətdə və şərtlərdə davam etdirilə biləcəyini müzakirə etdik", - deyə Əraqçin Rusiya səfərində bildirib.