Əraqçi: “ABŞ və İsrailin iğtişaşlarda iştirakını sübut edən sənədlər var”

Dünya

12.01.2026 - 20:32

"Son günlərdə İranda baş verən terror aktlarında həm ABŞ, həm də İsrailin iştirakını sübut edən çoxlu sayda sənədimiz var"

İranda ABŞ və İsrailin iğtişaşçıların terror aktlarında iştirakını sübut edən sənədlər var. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi deyib.

O Tehranda xarici diplomatik nümayəndəliklərin rəhbərləri ilə görüşdə bildirib ki, "son günlərdə İranda baş verən terror aktlarında həm ABŞ, həm də İsrailin iştirakını sübut edən çoxlu sayda sənədimiz var".

Veriliş İranın dövlət televiziyası tərəfindən yayımlanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş