Meyvə-tərəvəzin qiymətinin “göydən-yerə” endirilməsi üçün 3 təklif

İqtisadiyyat

16.07.2019 - 15:58

Vüqar Bayramov: “Bir sıra kənd təsərrüfatı məhsulları üzrə paytaxt bazarı ilə rayonlardakı qiymət arasında bəzən 2 dəfəyə yaxın fərq var”

 

“Mövsüm dövrü olmasına rəğmən bir sıra kənd təsərrüfatı məhsullarının qiyməti yüksək olaraq qalmaqdadır. İstehlak bazarının monitorinqi göstərir ki, daxili bazara çıxarılan yerli kənd təsərrüfatı məhsullarının həcmi mövsüm dövründə gözləniləndən az oldu”.

 

AYNA xəbər verir ki, bu fikirləri şəxsi “Facebook” hesabında iqtisadçı-alim Vüqar Bayramov paylaşıb. “Əvvəla, yaz aylarındakı iqlim şəraiti səbəbindən məhsul istehsalı proqnozlaşdırılandan daha az oldu. İkincisi, baryerlərə baxmayaraq, Rusiya bazarı hələ də cəlbedicidir. Bununla belə, monitorinqlər göstərir ki, bir sıra kənd təsərrüfatı məhsulları üzrə paytaxt bazarı ilə rayonlardakı qiymət arasında bəzən 2 dəfəyə yaxın fərq var. Bakıda məhsulları daha baha təklif edirlər”, - deyə o yazıb.

Ayna.az