Elmira Şabanova vəfat edib

Mədəniyyət

25.11.2026 - 22:48

Xalq artisti sabah dəfn olunacaq

Xalq artisti Elmira Şabanova ilə vida mərasimi sabah saat 11:00-da Təzəpir məscidində keçiriləcək. AYNA.AZ APA-ya istinadən bildirir ki, bu barədə mərhum Xalq artistinin qızı məlumat verib.

“Vida mərasimi Təzəpir məscidində keçiriləcək. Daha sonra Yasamal qəbiristanlığında atamın qəbrinin yanında dəfn edəcəyik”, – deyə qızı bildirib.

Qeyd edək ki, Xalq artisti bu gün 86 yaşında vəfat edib.

Xatırladaq ki, E.Şabanova 1940-cı ildə Bakıda anadan olub. O, 30-a yaxın bədii filmdə rol alıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş