Elmira Axundova Ukraynadakı səfir vəzifəsindən geri çağrılıb - SƏRƏNCAM

Xəbərlər

23.05.2023 - 15:19

Prezident İlham Əliyev Ukraynaya yeni səfir təyin edib

Prezident İlham Əliyev Seymur Qurban oğlu Mərdəliyevin Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının Cenevrə şəhərindəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsinin müavini vəzifəsindən geri çağırılması haqqında Sərəncam imzalayıb.

AYNA xəbər verir ki, Prezidentin digər Sərəncamı ilə Seymur Qurban oğlu Mərdəliyev Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Qeyd edək ki, Prezidentin Sərəncamı ilə Elmira Hüseyn qızı Axundova Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Azərbaycan Respublikasının Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat – GUAM yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.

Müəllif: Ayna.az