Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Nyu Yorkda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Cammu və Kəşmir üzrə Kontakt Qrupunun iclasında iştirak edib
XİN-dən AYNA-ya verilən məlumata görə, toplantı sentyabrın 25-də BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində baş tutub.
Nazir iclasda çıxış edərək Azərbaycanın beynəlxalq birliyin məsul üzvü qismində, Cammu və Kəşmir məsələsinin beynəlxalq hüququn norma və prinsipləri və BMT-nin müvafiq qətnamələrinə uyğun olaraq, habelə beynəlxalq humanitar hüquqa tam hörmət etməklə sülh yolu ilə həllinin dəstəklədiyini ifadə edib.