Sənədlərin qəbulu yanvarın 31-dək davam edəcək
Elm və Təhsil Nazirliyi yanında İctimai Şuraya seçkilər davam edir. AYNA xəbər verir ki, bu barədə nazirlikdən bildirilib.
Qeyd olunub ki, İctimai Şuraya üzvlüyə namizədlərin və seçkidə iştirak edəcək seçicilərin qeydiyyatı üçün sənədlərin qəbulu [email protected] poçt ünvanına göndərilməklə aparılır. Sənədlərin qəbulu yanvarın 31-dək davam edəcək.
Ətraflı məlumatla nazirliyin saytında tanış olmaq mümkündür.