Elm adamları canlı aləmin tarixi ilə bağlı maraqlı qalıq tapıblar

Maraqlı

14.08.2019 - 20:10

Həkimlər Klinikalar SEO Xidməti

İndiyə qədər tapılmış ən böyük pinqivin növünə aiddir

 

Elm adamları Yeni Zellandiyada nəhəng pinqivinlərin qalıqlarını tapıblar. AYNA xarici mətbuata istinadən xəbər verir ki, fosillərin təxminən 1,6 metr və 80 kq ağırlığında bir heyvana aid olduğu ehtimal edilir.

 

Nəhəng pinqivinin ən azı 56 milyon il əvvəl Paleolit dövründə yaşaması güman edilir. “Kanterburi muzeyi” tərəfindən “canavar pinqivin” adlandırılan heyvanın, Yeni Zellandiya faunasında məhv olmuş heyvanlardan biri olduğu vurğulanıb. Muzeyin rəhbəri Paul Scofieldin sözlərinə görə, fosil indiyə qədər tapılmış ən böyük pinqivin növünə aiddir.

 

Paul pinqivinlərlə bağlı onu da qeyd edib ki, hazırda ən böyük pinqivin növü imperator pinqivinləridir. Tədqiqatçıların fikrinə görə, o dövrdə Yeni Zellandiya ərazisində suyun istiliyi indikindən daha ideal olduğu üçün heyvanlar da daha sürətlə inkişaf edirdi. Mətbuata açıqlama verən tədqiqatçı Gerald Mayr isə dəniz sürünənlərinin inkişaf etməsinin pinqivinlərin məhvinə səbəb olan amillərdən biri olduğunu söyləyib.

 

Mayr onu da qeyd edib ki, Antraktida və Yeni Zellandiyada milyon illər sonra ortaya çıxan xırda balıqlar və böyük balinalar meydana gələnə qədər dəniz heyvanları arasında rəqabət yox idi. Nəhəng pinqivinlərin tükənməsi də yeni növlərlə yaranan rəqabətlə bağlı olmuşdur-deyən tədqiqatçı, pinqivinlərin nəslillərinin kəsilməsinin dəqiq elmi məlumatı olmadığını da insanların diqqətinə çatdırıb.  

Müəllif: Ayna.az