Azərbaycanın ən maraqlı guşələrindən biri ağ örpəyə bürünüb - FOTOLENT

Maraqlı

22.01.2024 - 22:18

Bir vaxtlar noyabrdan aprelədək qar altında qalan Lahıca indi nadir hallarda qar yağır

Lahıc qəsəbəsi Azərbaycanda öz qədimliyini və adət-ənənələrini qoruyan yaşayış məskənlərindən biridir. Bu səbəbdən bura ilin hər fəslində turistlərin maraq mərkəzində olur.

Tarixi 1500 il əvvələ gedən qəsəbə 1980-ci ildə muzey-qoruğa çevrilib. Burada bütün məhəllələr öz qədimliyini qoruyub saxlayıb. Daş döşənmiş küçələr, öz emalatxanalarında gündəlik işləri ilə məşğul olan sənətkarlar, hər gün azan səslənən məscidlər yerli və xarici turustlərin marağına səbəb olur.

Böyük Qafqaz dağlarının cənub yamaclarında yerləşən qəsəbənin qışı digər bölgələrə nisbətən daha soyuq və qarlı olur. Lakin son illərin qlobal iqlim dəyişmələri Lahıcdan da yan ötmür.

Yerli sakinlərin sözlərinə görə, bir vaxtlar noyabrdan aprelə kimi qar altında qalan Lahıca indi nadir hallarda qar yağır.

AYNA əməkdaşının qarlı Lahıcdan çəkdiyi maraqlı fotoları təqdim edirik:

(Lahıcın girişi)

(Ara küçələrdən biri)

(XVIII əsrin yadigarı Bədöyün məscidi)

(Bədöyün məscidinin içərisi)

(Qəbiristanlıqdan keçən cığırla yolunu kəsə etməyə çalışan yaşlı qadın)

(Buz bağlamış küçə)

(Çay evinin qarşısına toplaşan yerli sakinlər)

(Evinin eyvanından Lahıcı seyr edən yaşlı qadın)

(Yuxarı Ərəgit məscidi)

(Tarix-diyarşünaslıq muzeyi)

(Ara küçələrdən daha biri)

(Dağ döşündəki Lahıc)

(Füsunkar mənzərə)

(Dağları duman alanda)

(Bəyaz mənzərə)

(Qardan sonra günəşlənən pişiklər)

Müəllif: İlham Mustafa