Əlilliyi olan daha 155 şəxsə reabilitasiya vasitələri verilib

Xəbərlər

31.08.2020 - 16:47

cedabet dərman SEO Xidməti

Bir sıra əlilliyi olan şəxslər isə yaxın günlərdə reabilitasiya vasitələri ilə təmin ediləcəklər

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi səyyar xidmətlərini Siyəzən, Xızı, Şabran, Xaçmaz, İsmayıllı, Qəbələ və Oğuz  rayonlarında davam etdirib.

 

Nazirlikdən AYNA-ya verilən məlumata görə, həmin yeddi rayon üzrə 155 nəfər əlilliyi olan şəxsə ehtiyac duyduqları 896 reabilitasiya vasitəsi Mərkəzin əməkdaşları tərəfindən həmin rayonlara aparılaraq onlara təqdim edilib.

 

Bir sıra əlilliyi olan şəxslərin isə yaxın günlərdə reabilitasiya vasitələri ilə təmin edilmələri üçün müayinələri aparılıb və onlardan müvafiq ölçülər götürülüb. 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş