Əlilliyi olan 24 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib

Xəbərlər

25.08.2025 - 16:10

Uşaqlar onlayn və səyyar reabilitasiya xidmətlərinə cəlb olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin uşaq reabilitasiya mərkəzlərində bu ilin yanvar-iyul aylarında əlilliyi olan 24,5 min uşağa xidmətlər göstərilib.

Nazirlikdən AYNA.AZ-a verilən məlumata görə, onlardan 16,6 mini ambulator, 1,2 mini stasionar, digərləri icma əsaslı, onlayn və səyyar reabilitasiya xidmətlərinə cəlb olunub.

Həmin kateqoriyadan olan uşaqlar agentliyin paytaxtda yerləşən 1 və 2 saylı, eləcə də Qəbələ və Şəmkir rayonlarındakı Uşaq Reabilitasiya Mərkəzlərində reabilitasiya xidmətləri ilə təmin edilirlər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş