Siyasətçinin uzun müddət imiş ki, səhhətində problemlər varmış
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Gözəl Bayramlı vəfat edib.
AYNA bildirir ki, bu barədə partiya sədrinin müavini Seymur Həzi məlumat paylaşıb. “Xalqımız Gözəl Bayramlını itirdi, başı sağ olsun”, - deyə Həzi qeyd edib.
Məlumata görə, G.Bayramlının uzun müddət imiş ki, səhhətində problemlər varmış.