Əli Əsədov Qaribaşviliyə zəng edib

Xəbərlər

14.02.2022 - 14:37

Baş nazir Gürcüstandakı zəlzələ ilə bağlı narahatlığını ifadə edib

Bu gün Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili arasında telefon danışığı olub.

Nazirlər Kabinetindən AYNA-ya verilən xəbərə görə, telefon danışığı zamanı Gürcüstanda baş vermiş zəlzələ ilə bağlı narahatlıq və həmrəylik ifadə edilib.

Eyni zamanda, Azərbaycan-Gürcüstan dostluq münasibətlərinin müxtəlif sahələrdə inkişafı yüksək qiymətləndirilib, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş