Əli Əsədov Belarusun Azərbaycandakı səfiri ilə görüşüb

Xəbərlər

24.01.2025 - 19:26

Həkimlər Klinikalar SEO Xidməti

Müxtəlif sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi perspektivləri müzakirə edilib

Yanvarın 24-də Azərbaycanın Baş naziri Əli Əsədov ölkəmizdəki fəaliyyət müddətinin bitməsi ilə əlaqədar Belarus Respublikasının fövqəladə və səlahiyyətli səfiri Andrey Ravkov ilə görüşüb. AYNA xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən bildirilib.

Qeyd olunub ki, Baş nazir Azərbaycan və Belarus arasında dostluq əlaqələrinin inkişafına verdiyi töhfəyə görə səfirə təşəkkürünü bildirib.

Görüşdə iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub, müxtəlif sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi perspektivləri müzakirə edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş