Qəza nəticəsində 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb
Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində ağır qəza baş verib. AYNA "Report"a istinadən məlumatına görə, minik avtomobili yük avtomobilinə çırpılıb.
İlkin məlumata görə, qəza nəticəsində 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb.
Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.