Bakı metrosunda yeni texniki qurğu istifadəyə veriləcək
Bu gün “Bakı Metropoliteni” QSC-nin “Nizami” stansiyasında əlil arabası istifadəçilərinin daşınması ilə bağlı eskalator üçün nəzərdə tutulmuş yeni texniki qurğu istifadəyə veriləcək. AYNA xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-dən bildirilib.
Qeyd olunub ki, bu, “Əlçatan metro” layihəsi çərçivəsində baş tutacaq.
Mərasimdə layihədə yaxından iştirak etmiş əlil arabası istifadəçisi Cəmilə Məmmədli iştirak edəcək.